Landşaft dizaynı
Landşaft dizayn – Ərazinin abadlaşdırılması üçün təbiət komponentlərindən istifadə olunaraq tətbiq olunan xüsusi tədbirlər və həll yolları toplusudur. Məkanınızın həyətyanı, bağ, bağça hissəsində çatışmamazlığı aradan qaldırıb, özünə uyğun şəkildə dizayn edilib, rahat, dincələ biləcəyiniz, zövqlü bir landşaft tərtib edilməsi üçün dizayn növüdür.
"Greentech solutions" şirkəti həmçinin bağ sahəsinin potensialını həyata keçirməkdə kömək edəcək landşaft dizayn xidmətləri təklif edir. İlkin mərhələdə sizin üçün sahənizi necə görmək istədiyiniz barədə nəzərə alaraq dizayn və mənzərə layihəsinin eskizlərini hazırlayacayıq.
Landşaftın düzgün seçimi təkcə tərtib ediləcək xarici görkəmin gözəlliyi ilə deyil, eyni zamanda burada əhatə olunan bitkilərə də rahat şəkildə qulluq edilməsi hallarının nəzərə alınmasıdır.
Bu sahə meyvə ağaclarından, giləmeyvə kollarından və ya sizin könlünüzü rahatlaşdırmağa xidmət edən dekorativ bitkilər toplusundan da təşkil oluna bilər. İdeal Landşaft dizayn işi, evin interyer dizaynı ilə bir vəhdət təşkil etməsidir.
Biz layihənin ilk mərhələsindən son mərhələsinə qədər hazırlamaqla və həyata keçirməklə yanaşı, landşaft dizaynı ilə bağlı hər hansı bir məsələ ilə də müştərilərimizə istiqamətlər veririk.
Landşaft dizaynı layihəsi sahədən rasional olaraq necə istifadə olunduğunu nümayiş etdirir və istirahət zonalarının yerləşdirilməsinə dair plan (köşk, skamyalar, üzgüçülük hovuzu və s.), işıqlandırma sxemləri, əkin, avtomat suvarma sistemi, yolların planlarını özündə birləşdirir.
Landşaft dizaynının etapları:
o Mütəxəssislərin sahəyə getməsi, lazımi ölçülərin alınması;
o Unikal landşaft dizayn layihəsinin hazırlanması və müştəri tərəfindən təsdiq edilməsi;
o İstifadə edilən materialların təsdiqlənməsi;
o Planı həyata keçirmək üçün işə başlaması.
Biz sizə inkişaf etmiş konsepsiya, təsvir və planlar, açılış siyahısı və layihənin görselləşdirilməsi daxil olmaqla tam sənəd paketi təqdim edəcəyik. Bu sənədlər və tövsiyələrimiz xəyallarınızın bağını yaratma imkanı verəcəkdir.

